Xaçmazda yeni məscid tikilir

Xaçmazda yeni məscid tikilir
# 13 aprel 2007 08:06 (UTC +04:00)
Xaçmaz şəhərinin mərkəzində inşa edilən yeni məscid binası görünüş və şərait baxımından əvvəlki məsciddən çox fərqlənəcək. Xaçmaz rayon mərkəzi məscidinin axundu Yaşar Rzayev APA-nın şimal bürosuna bildirib ki, yeni məscid isti və soyuq su ilə təmin ediləcək, binada qadınlar və kişilər üçün dəstəmazxanalar olacaq. Məsciddə eyni zamanda təxminən 300 nəfər namaz qıla biləcək. Hazırda məscidin inşası davam edir. Tikinti işləri rayon icra hakimiyyəti rəhbərliyi ,sahibkarlar və əhalinin müxtəlif təbəqələrinin maddi yardımı hesabına aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR