Azərbaycanda qeyri-islam dini icmalarının dini mərkəzinin yaradılma qaydası müəyyənləşir

Azərbaycanda qeyri-islam dini icmalarının dini mərkəzinin yaradılma qaydası müəyyənləşir
# 13 aprel 2021 18:41 (UTC +04:00)

Azərbaycan Respublikasının ərazisində qeyri-islam dini icmalarının dini mərkəzinin yaradılma qaydası müəyyənləşir.

APA-nın məlumatına görə, bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində qeyri-islam dini icmalarının dini mərkəzi (idarəsi) bu Qanuna və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının azı 5 (beş) şəhər və rayonunda (şəhər rayonu istisna olmaqla) fəaliyyət göstərən eyni dini etiqadlı 5 (beş) dini icmanın yığıncağında (qurultay, konfrans və s.) yaradıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR