Allahşükür Paşazadə: “Qələbə ilə mənəviyyatımızı dirçəltdik”

QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə

© APA | QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə

# 21 iyul 2021 09:51 (UTC +04:00)

“Bizim ən böyük arzumuz Allah-Təalanın qələbəni bizə nəsib etməsi idi. Əgər Allah-Təala bir xalqı istəyirsə, ona yaxşı, xalqı doğru yola yönəldən, qələbəyə aparan rəhbər göndərir”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə erməni işğalındakı torpaqlarımız azad edilib.

“Bu gün biz öz torpaqlarımızı düşmən tapdağından azad etdik. Bununla həm mənəviyyatımızı, həm də xalqımızı dirçəltdik”, - deyə A. Paşazadə qeyd edib.

O, dünyada sülhün bərqərar olması üçün dua etdiklərini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR