Anım günü münasibətlə Xudavəng məbədində şəhidlərin ruhuna dualar oxunub

Xudavəng məbədində şəhidlərin ruhuna dualar oxunub

© APA | Xudavəng məbədində şəhidlərin ruhuna dualar oxunub

# 27 sentyabr 2021 09:33 (UTC +04:00)

27 Sentyabr - Anım günü Kəlbəcər rayonunun Xudavəng məbədində qeyd olunub.

APA-nın məlumatına görə, Alban-udin xristian icmasının sədr müavini, Xudavəng monastırının vaizi Rafik Danakarinin rəhbərliyi ilə şəhidlərin əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Anım Günü münasibətilə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR