Azərbaycandakı dini konfessiya rəhbərləri Cıdır düzündə olub

Dini konfessiya rəhbərləri Cıdır düzündə

© APA | Dini konfessiya rəhbərləri Cıdır düzündə

# 10 iyul 2021 18:20 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşa şəhərinə səfəri davam edir.

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, səfər iştirakçıları Cıdır düzündə olublar.

Onlar Cıdır düzün gəzib, ətrafı seyr ediblər.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

Səfər iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR