Bu il qeydiyyatdan keçən dini icmaların sayı açıqlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının onlayn iclası

© APA | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının onlayn iclası

# 05 avqust 2021 17:56 (UTC +04:00)

Bu ilin I yarısında 15 dini icmanın dövlət qeydiyyatından keçirilib.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının bu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclasında Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə bildirib.

Onun sözlərinə görə, bununla da dövlət qeydiyyatına alınmış dini qurumların sayı 970-ə çatıb. O qeyd edib ki, ilin ilk 6 ayında Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutalan 2762 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekpertizasından keçirilib, nəşr olunmaq məqsədilə təqdim edilmiş 133 adda dini ədəbiyyata baxılıb, 238 adda dini təyinatlı ədəbiyyata 337 min 870 ədəd nəzarət markaları verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR