Dini konfessiyaların rəhbərləri Şuşada yeni tikiləcək məscidin ərazisinə baş çəkib

Şuşada inşa olunacaq məscidin ərazisi

© APA | Şuşada inşa olunacaq məscidin ərazisi

# 10 iyul 2021 15:50 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşada yeni təməli qoyulmuş məscidin ərazisinə baş çəkiblər.

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, əraziyə baxış keçirilib, xeyir-dua verilib.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR