Gürcüstan Patriarxlığının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Gürcüstan Patriarxlığının nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 05 iyun 2021 00:11 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Bütün Gürcüstanın Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor, Patriarxlığın Xarici əlaqələr şöbəsinin rəhbəri, mitropolit Gerasim və Tbilisi Ruhani Akademiyasının rektoru, protopresviter Georgi ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyində baş tutmuş görüşdə Patriarxlığın nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə edilib. Qeyd olunub ki, bu səfər hər iki ölkənin xalqları arasında münasibətlərin yüksək səviyyəsini göstərir.

Məlumatda bildirilib ki, söhbət zamanı xalqlar arasında tarixən formalaşmış mehriban qonşuluq, qardaşlıq münasibətləri xüsusi vurğulanıb.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR