Hacı Salman Musayev: “Xəstəliyin qarşısını almaq üçün bir-birimizi qorumalıyıq"

Hacı Salman Musayev, Allahşükür Paşazadə

© APA | Hacı Salman Musayev, Allahşükür Paşazadə

# 13 may 2021 10:35 (UTC +04:00)

“Heydər Əliyev bizi birliyə dəvət etdi və biz bir olduq. Heydər Əliyev və Prezident İlham Əliyevin dönəmində biz çətinliklərə sinə gərdik”.

APA-nın məlumatına görə, bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin birinci müavini, müfti Hacı Salman Musayev bildirib.

Hacı Salman Musayev deyib ki, gənclər bəzən səbirsizlik edir, bütün işlərin tezliklə həyata keçirilməsini istəyirlər: “Biz düşmən qarşısında birgə olmalıyıq. Düşmən Qarabağda müharibədə uduzsa da, təbliğat sahəsində işini davam etdirir. Bu sahədə də birgə hərəkət edək ki, düşmənə bu sahədə də qalib gələk”.

QMİ sədrinin birinci müavini qeyd edib ki, artıq ikinci ildir ki, dünyada pandemiya ilə bağlı məscidlər bağlıdır: “Xəstəliyin qarşısının alınması, bir-birimizi COVİD-19-a mübtəla etməmək üçün bir-birimizi qorumalıyıq. Operativ Qərargah bu gün “Təzəpir” məscidində namaz qılmağa icazə verdi. İnşallah, digər məscidlərimizdə də namaz qılınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR