İbadət etmək istəyənlər məscidə yalnız namaz vaxtı gəlməlidir

İbadət etmək istəyənlər məscidə yalnız namaz vaxtı gəlməlidir
# 02 iyun 2021 15:15 (UTC +04:00)

İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı gəlməlidir.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məscid və digər ibadət yerlərində riayət olunmalı qaydalarda bildirilib.

Qeyd edilib ki, İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət)  bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR