İcma sədrinin müavini: “Ermənilər “Ağoğlan” monastırının xaçlarını dəyişiblər”

Rafik Danakari

© APA | Rafik Danakari

# 11 may 2021 15:18 (UTC +04:00)

“2009-cu ildə ermənilər Laçında “Ağoğlan” monastırında bərpa işləri apararkən burada çoxlu saxtalaşdırmalara yol veriblər”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Alban-udi dini icmasının sədr müavini Rafik Danakari deyib.

O qeyd edib ki, ermənilər monastırın üzərində olan xaçlarının hamısının görüntüsünü dəyişib: “Binaya əlavə daşlar qoyulub, bəzi daşlar çıxarılıb. Onlar Allahın evini saxtalaşdırıblar. Mütəxəssislər lazımdır ki, bunları aşkara çıxarsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR