Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

© APA | Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

# 17 noyabr 2021 12:38 (UTC +04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Kiçik Əmili və Tikanlı kəndlərində, eləcə də Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də ümumilikdə 3 toyda 38 nəfərin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Teymur Zəkəryəyev, Zaur Yusifov və Eduart Xanayev barəsində protokol tərtib olunaraq cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR