QMİ sədri: “Bu il biz həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik”

QMİ sədri: “Bu il biz həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik”

© APA | şeyxülislam Allahşükür Paşazadə

# 21 iyul 2021 09:32 (UTC +04:00)

“Bu il biz iki bayramı - həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik. Şükür olsun Tanrıya ki, bu günü bizə qismət etdi”.

 

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazında çıxışı zamanı deyib.

 

QMİ sədri işğal olunmuş torpaqların azad olunmasında göstərdiyi sərkərdəliyə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib.

 

“Şuşaya gedəndə yolda fikirləşirdim ki, biz nələri itirmişik. Bütün Ağdam torpağı yerlə-yeksan edilib. Məscidlərin, minarələrin içinə elə sözlər yazıblar ki... Biz bu gün o ərazilərə gedə bilirik. Bu gün bizim borcumuz ondan ibarətdir ki, Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyək. Qazilərimizə də şəfa diləyirik”, - deyə A. Paşazadə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR