Şeyxülislam: “QMİ, dini konfessiyalar da erməni yalanlarına cavab verməlidir”

Şeyxülislam Hacı Allahşükür Paşazadə

© APA | Şeyxülislam Hacı Allahşükür Paşazadə

# 13 may 2021 10:26 (UTC +04:00)

“Ermənilər müharibəni uduzsalar da, dünyaya Azərbaycanla bağlı yalanlar yaymağa davam edirlər”.

APA-nın məlumatına görə, bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, erməni kilsəsi bu sahədə xüsusilə aktivdir: “Erməni yalanlarına dövlətimiz, Xarici İşlər Nazirliyi cavab verir. Ancaq QMİ, dini konfessiyalar da yalanlara cavab verməlidir. Ermənilər iftira atır, yalan danışırlar. Kilsəyə, din xadiminə yalan danışmaq yaramaz. Guya onları torpaqlarından çıxarmışıq, xristian olduqlarına görə onlara əziyyət veririk, kilsələrini dağıdırıq. Bu yolla xristian dövlətlərindən dəstək almağa çalışırlar. Biz dünyanın müxtəlif dini qurumlarına müraciətlər göndərir, dini baxımdan həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR