Son 20 ildə 2725 adda dini ədəbiyyatın nəşrinə razılıq verilib

Son 20 ildə 2725 adda dini ədəbiyyatın nəşrinə razılıq verilib

© APA | Komitə sədri Mübariz Qurbanlı

# 18 iyun 2021 16:50 (UTC +04:00)

20 il ərzində ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi baxımından da işlər davam etdirilərək müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: 20 illik zaman kəsiyində” yazısında bildirib. Komitə sədri deyib ki, xaricdən gətirilən, eləcə də ölkədə yeni nəşr olunan dini təyinatlı ədəbiyyat öyrənilib, təhlil olunub, onlardan zərərlilərinin adları ölkədə nəşri və yayılması məqsədəuyğun hesab edilməyən dini təyinatlı ədəbiyyat siyahısına daxil edilib. 

Ümumilikdə ötən 20 il ərzində idxalla bağlı Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 25 min 368 adda dini məzmunlu ədəbiyyata baxılıb. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən 2725  adda dini məzmunlu ədəbiyyatın nəşrinə razılıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR