İqor Dobrovolski Moldova yığmasının baş məşqçisi təyin edilib

İqor Dobrovolski Moldova yığmasının baş məşqçisi təyin edilib
# 22 dekabr 2006 14:43 (UTC +04:00)
Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryovla 1988-ci ildə SSRİ yığmasının heyətində olimpiya çempionu adını qazanan İqor Dobrovolski bundan sonra Moldova millisini çalışdıracaq. APA-nın məlumatına görə, Moldova Futbol Federasiyasının İcraiyyə Komitəsi bu gün keçirdiyi iclasında baş məşqçi Anatoli Teslevin istefa ərizəsini qəbul etdikdən sonra 39 yaşlı ukraynalı mütəxəssislə müqavilə bağlayıb. Qeyd edək ki, İ. Dobrovolski bu günədək yığma komandada Anatoli Teslevin köməkçisi işləyib. Peşəkar futbolçu karyerasına 1980-ci ildən Kişinyovun “Nistru” klubundan başlayan İ. Dobrovolski müxtəlif vaxtlarda “Dinamo” (Moskva), “Marsel” (Fransa), “Atletiko” (Madrid, İspaniya) və “Cenoa” (İtaliya) klublarının şərəfini qoruyub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR