İsgəndər Cavadov: “Vaxtilə “Ararat” rəhbərliyi “Neftçi” ilə oyunlarda xalları yarı bölmək üçün yalvarırdılar”

İsgəndər Cavadov: “Vaxtilə “Ararat” rəhbərliyi “Neftçi” ilə oyunlarda xalları yarı bölmək üçün yalvarırdılar”
# 12 fevral 2007 15:18 (UTC +04:00)
“Bir azərbaycanlı kimi, Ermənistan yığmasının Bakıya gəlməsini istəməzdim. Hazırda Azərbaycanda futbolun səviyyəsi bərbad vəziyyətdə olduğundan, ermənilər qudurub üzərimizə hücuma keçirlər. Halbuki, vaxtilə “Ararat” klubunun rəhbərliyi keçmiş SSRİ çempionatında “Neftçi” ilə xalları yarı bölmək üçün yalvarırdılar”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında veteran futbolçu İsgəndər Cavadov bildirib. Milli komandamızın İrəvanda oynamağa hazır olmadığını vurğulayan İ.Cavadovun sözlərinə görə, ermənilər reytinq siyahısında Azərbaycanı qabaqladığından Bakıya gəlməyə razıdırlar: “Yığmamız səfər oyunlarının əksəriyyətində uduzur. Xüsusən, rəsmi oyunlarda. Bəlkə də ermənilər çalışıb Azərbaycanla eyni qrupa düşməyə nail olublar”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR