Asen Nikolov “Turan”a qayıtmayacaq

Asen Nikolov “Turan”a qayıtmayacaq
# 12 fevral 2007 16:10 (UTC +04:00)
Bolqarıstanlı futbolçu Asen Nikolovun iki ilə yaxın çıxış etdiyi Tovuzun “Turan” klubuna qayıdışı baş tutmayıb. Klubun icraçı-direktoru Yaşar Sultanovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, A.Nikolovun adını XV Azərbaycan çempionatının ikinci dövrəsi üçün AFFA-ya təqdim etdikləri iştirak ərizəsinə daxil etməyiblər: “Asenin komandamıza qayıdışı artıq gündəmdə deyil. Xeyli vaxtdır vətənində olan Nikolovun yolunu gözləyirdik. Ancaq çempionatımız üçün “transfer pəncərəsi” bağlandığından Asenin ikinci dövrədə “Turan” klubunda oynaması qeyri-mümkündür”. A.Nikolovun karyerasını vətənində davam etdirəcəyini söyləyən icraçı-direktorun sözlərinə görə, futbolçunun “Nafteks” klubu ilə danışıqları davam edir. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR