“İnter” “Gilan” klubunu məğlub edib

“İnter” “Gilan” klubunu məğlub edib
# 12 fevral 2007 16:43 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsinin ilk turuna bu gün keçirilən “İnter” - “Gilan” oyunu ilə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, “Şəfa” stadionunda keçirilən qarşılaşma “İnter” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinə üç xalı Daniel Axtyamov oyunun ikinci hissəsində 10 dəqiqə ərzində vurduğu iki qolla qazandırıb. “İnter” komandasının ukraynalı baş məşqçisi Valentin Xodukin qələbənin çətinliklə əldə olunmasını meydança ilə əlaqələndirib: “İlk dövrədə səkkiz ev oyununu daha yaxşı qazona malik stadionda keçirmişdik. Bundan sonra belə pis vəziyyətdə olan meydançada çıxış etmək oyunumuza təsirini göstərdi. İlk hissədə meydançaya uyğunlaşma baxımından problemlə üzləşdik. Fasilədə verdiyim tapşırıqlar oyunumuza yaxşı mənada təsir göstərdi”. “Gilan” klubunun baş məşqçisi Ramiz Məmmədov isə bəxtsizlikdən gileylənib: “Fasiləyə az qalmış Vadim Balamestnı topu boş qapıya göndərsəydi, oyun və nəticə tamam fərqli ola bilərdi”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR