“Karvan” klubunun legionerləri Süleyman Kamara və Markus Fereyra “Olimpik”lə oyunda meydana çıxacaq

“Karvan” klubunun legionerləri Süleyman Kamara və Markus Fereyra “Olimpik”lə oyunda meydana çıxacaq
# 13 fevral 2007 09:37 (UTC +04:00)
Dünən öz meydanında “Qarabağ” üzərində qələbə qazanan Yevlaxın “Karvan” klubu bu gün Bakıya gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, Yunis Hüseynovun komandası XV tur çərçivəsində “Olimpik”lə oyunun hazırlığına paytaxtda başlayacaq. Sabahdan məşqlərə start verəcək “Karvan” “Ədliyyə” stadionunda toplaşacaq. Yevlaxlıların Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesində zədə alan afrikalı hücumçu Süleyman Kamara artıq tam sağalıb. Komandanın digər legioneri Markus Fereyranın isə fevralın 17-də “Olimpik” klubu ilə oyunda yaşıl meydana qayıdışı nəzərdə tutulub. Baş məşqçi Yunis Hüseynov birinci dövrədə zədələnən braziliyalı yarımmüdafiəçini “Olimpik” ilə görüşdə meydana buraxacaq. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR