FİFA Şakir Qəribovu Barselonaya dəvət edib

FİFA Şakir Qəribovu Barselonaya dəvət edib
# 23 fevral 2007 08:50 (UTC +04:00)
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Şakir Qəribov fevralın 25-dən martın 2-dək İspaniyada işgüzar səfərdə olacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Şakir Qəribovun sözlərinə görə, Barselona şəhərinə FİFA-nın dəvəti ilə yollanır: “Barselonada yeniyetmələr arasında turnir keçiriləcək. Ali futbol qurumu Milli Assosiasiyalara nümayəndələrini bu yarışı izləməyə dəvət edib. AFFA-nın məhz məni İspaniyaya yollaması aşağı yaş qruplarından ibarət yığmalara rəhbərlik etməyimlə əlaqədardır. Barselonada iki oyun izləyəcəyimiz haqda məlumat verilsə də, bunların konkret hansı görüşlər olması AFFA-ya göndərilən faksda göstərilməyib. Oyunları izlədikdən sonra seminar keçirilməsi, ümumi müzakirələrdə fikir mübadiləsi aparılması nəzərdə tutulub”. Ş.Qəribov səfərə çıxanadək olimpiya yığmasının martın 5-dən 12-dək Bakıda keçiriləcək hazırlıq prosesi üçün heyəti müəyyənləşdirəcək. Komandamızın rəsmi heyəti isə fevralın 26-da açıqlanacaq. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR