“Kayserispor” klubunda çıxış edən İlqar Nəbiyev Azərbaycanın olimpiya yığmasına cəlb ediləcək

“Kayserispor” klubunda çıxış edən İlqar Nəbiyev Azərbaycanın olimpiya yığmasına cəlb ediləcək
# 23 fevral 2007 09:24 (UTC +04:00)
Türkiyənin superliqasında çıxış edən “Kayserispor” klubunun şərəfini qoruyan İlqar Nəbiyev milli komandamızın heyətində Qazaxıstanda keçiriləcək “Alma-TV kuboku” turnirinə yollanmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi həmin vaxt 21 yaşlılardan ibarət yığma komandamızın hazırlıq prosesində iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə milli komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib. Baş məşqçinin sözlərinə görə, İ.Nəbiyev əvvəlcə olimpiya yığmasının heyətində sınaqdan keçəcək.
Qeyd edək ki, İ.Nəbiyev səhhətində yaranan problemlə bağlı millimizin fevralın 7-də Özbəkistanla səfərdə keçirdiyi yoldaşlıq görüşünə dəvət almamışdı. Futbolçu hazırda gündə iki dəfə olmaqla, məşq edib formasını bərpa etməyə çalışır. Ş.Diniyev bildirib ki, “Kayserispor” klubunun məşqçiləri ilə mütəmadi əlaqə saxlayaraq futbolçumuzun hazırlıq durumu ilə maraqlanır. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR