Azərbaycanın 17 yaşınadək yığma komandası Krımskidə təlim-məşq toplanışını məğlubiyyətlə başa vurub

Azərbaycanın 17 yaşınadək yığma komandası Krımskidə təlim-məşq toplanışını məğlubiyyətlə başa vurub
# 05 mart 2007 12:43 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 17 yaşınadək yığma komandası Rusiyanın Krımsk şəhərində birhəftəlik təlim-məşq toplanışını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamız sonuncu yoxlama oyununda Rusiya çempionatının ikinci dəstəsində mübarizə aparan Naxodkanın “Okean” klubuna böyük hesabla uduzub - 0:3. Bununla da, Yaşar Vahabzadənin baş məşqçisi olduğu millimiz Krımskda keçirdiyi bütün yoxlama görüşlərini məğlubiyyətlə başa vurub. Üç oyuna yeddi top buraxan yığmamız bu görüşlərdə meydanı qolsuz tərk edib. Vətənə dönən 17 yaşlılardan ibarət yığma komandamız Avropa çempionatının seçmə mərhələsində ikinci qrup oyunlarına hazırlığı Bakıda davam etdirir. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR