Fariz Yusifovun “İnter” “Gənclərbirliyi” görüşündəki idarəçiliyi 8,8 balla qiymətləndirilib

Fariz Yusifovun “İnter”  “Gənclərbirliyi” görüşündəki idarəçiliyi 8,8 balla qiymətləndirilib
# 05 mart 2007 13:20 (UTC +04:00)
AFFA Hakimlər Komitəsi Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarını idarə edən hakimlərə verilən qiymətləri açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş hakimlər arasında ən yüksək qiymət alan Fariz Yusifov olub. Beynəlxalq dərəcəli hakimin “İnter” “Gənclərbirliyi” görüşündəki idarəçiliyi 8,8 balla qiymətləndirilib. “Turan” “Neftçi” oyununu idarə edən Babək Quliyev 8,6, “Xəzər-Lənkəran” “Bakı” görüşünün baş hakimi Vüsal Əliyev 8,3 bal alıb. “Karvan” “MKT-Araz” qarşılaşmasının baş hakimi Anar Niyazovun əməyi 8,4 balla qiymətləndirilib. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR