“MKT-Araz” klubunun kapitanı Zeynal Zeynalov cəzalandırılacaq

“MKT-Araz” klubunun kapitanı Zeynal Zeynalov cəzalandırılacaq
# 05 mart 2007 14:06 (UTC +04:00)
“Karvan” klubu ilə Yevlaxda keçirilən hər iki oyunda meydandan qovulmağım sırf təsadüfdür”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İmişlinin “MKT-Araz” klubunun kapitanı Zeynal Zeynalov bildirib. Z.Zeynalov meydandan qovulduğuna görə, hakimin düzgün qərar verdiyini söyləyib: “İkinci sarı vərəqəni rəqibə arxadan zərbə vurduğuma görə aldım. Həmin epizodda həqiqətən kobud oynadığımdan mənə göstərilən sarı vərəqə düzgün idi. İlk sarı vərəqəni isə verməmək də olardı. Ancaq baş hakimin çıxardığı qərarlar əsas götürülür və onunla mübahisə etməyim cəzalanmağımla nəticələndi. Hər halda, bunu bilərəkdən etməmişəm. Komandamı darda qoymaq istəmərəm. Komanda yoldaşlarım məni pis vəziyyətdə qoymayaraq, qələbə qazandılar. “Neftçi” ilə qarşıdakı vacib oyunda meydana çıxa bilməsəm də, yarımfinalda komandama əlimdən gələn köməyi edəcəyəm”. “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı isə “APA-Sport” agentliyinə bildirib ki, komanda daxili iclasda Z.Zeynalov cəzalandırılacaq.
Qeyd edək ki, Z.Zeynalov “Karvan” komandası ilə həm çempionatda, həm də, kubokda keçirilən oyunda iki sarı vərəqə alaraq, meydandan qovulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR