Azərbaycanın olimpiya yığması “Neftçi” və “Gənclərbirliyi” klubları ilə qarşılaşacaq

Azərbaycanın olimpiya yığması “Neftçi” və “Gənclərbirliyi” klubları ilə qarşılaşacaq
# 05 mart 2007 15:57 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 21 yaşınadək yığma komandası martın 5-dən 11-dək Bakıda keçirdiyi təlim-məşq toplanışı müddətində “Neapol” otelində məskunlaşacaq. Komanda hazırlığını “Ədliyyə” və Olimpiya Ehtiyatları Futbol Məktəbinin stadionunda keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən olimpiya yığmamızın baş məşqçisi Şakir Qəribov toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcəklərini bildirib. “Gənclərbirliyi” ilə martın 11-də Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək oyun saat 12:00-da başlayacaq. Buna qədər isə “Neftçi” klubu ilə yoxlama oyunu nəzərdə tutulub: “Martın 9-da “Neftçi” ilə qarşılaşmanın harada keçiriləcəyi hələ dəqiqləşməyib. Buna səbəb stadion tapa bilməməyimizdir. “Neftçi” kimi güclü komanda ilə yaxşı qazona malik stadionda qarşılaşmaq istəyirik”. Ş.Qəribov heyətdə dəyişiklik edildiyini söyləyib. Belə ki, “Olimpik” klubunun müdafiəçisi Natiq Qasımov xəstələndiyi üçün heyətdən çıxarılıb. Onu “Gilan”da çıxış edən hücumçu Vüsal Qarayev əvəzləyib. Ş.Qəribov, həmçinin, bildirib ki, Türkiyənin “Kayserispor” klubunun əvəzedici heyətində çıxış edən İlqar Nəbiyev hələ ki hazırlığa qatılmayıb. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR