Ermənistan yığmasının baş məşqçisi Yan Porterfild xərçəng xəstəliyinə tutulub

Ermənistan yığmasının baş məşqçisi Yan Porterfild xərçəng xəstəliyinə tutulub
# 06 mart 2007 08:16 (UTC +04:00)
Futbol üzrə Ermənistan yığma komandasının şotlandiyalı baş məşqçisi Yan Porterfild bir neçə həftəliyə vəzifəsindən uzaqlaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, Y.Porterfildin bağırsağında xərçəng xəstəliyi aşkar olunduğundan bir müddət müalicəyə ehtiyacı var: “Son həftələr heç cür sağalmadığımdan yerli xəstəxanaların birinə müraciət etdim. Həkimlər bir neçə müayinədən sonra bağırsağımda xərçəng xəstəliyi aşkara çıxardılar. Bu xoşagəlməz olay ailə üzvlərimlə yanaşı, Ermənistan Futbol Federasiyasına da mənəvi cəhətdən böyük zərbə oldu. Həkimlər sağalmağımla bağlı nikbin fikirdə olsalar da, tezliklə əməliyyat olunmalıyam. Buna görə, bir neçə həftə işimdən kənar qalmalıyam. Bununla belə, tezliklə sağalıb Ermənistan yığmasında fəaliyyətimi davam etdirmək niyyətindəyəm”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR