Sabah Sumqayıtda “Yaz Kuboku” turniri start götürəcək

Sabah Sumqayıtda “Yaz Kuboku” turniri start götürəcək
# 06 mart 2007 08:58 (UTC +04:00)
Sabah Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda futbol üzrə “Yaz turniri” keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə stadionun direktor müavini, turnirin baş hakimi Əbdül Məmmədov məlumat verib. Ənənəvi xarakter daşıyacaq turnirdə yüksək liqa klublarından İmişlinin “MKT-Araz”, Yevlaxın “Karvan”, Sumqayıtın “Gənclərbirliyi” və birinci dəstədə çıxış edən Bakının “Neftçi-2” klubu iştirak edəcək. Artıq turnirin təqvimi də bəllidir. Dairəvi sistem üzrə keçiriləcək turnirdə oyunlar martın 7-də, 9-da və 12-də keçiriləcək. Yarışın ilk oyun günündə “Gənclərbirliyi” “Karvan” və “MKT-Araz” “Neftçi-2” görüşləri keçiriləcək. Qarşılaşmaları AFFA-nın hakimləri idarə edəcək. Turnir futbolçular üçün yoxlanış xarakteri daşıdığından oyunlar zamanı istənilən sayda əvəzləmə etməyə icazə verilir. Komandaların hər biri 600 manat məbləğində üzvük haqqı ödəyib. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR