Finlandiya ilə qarşılaşacaq Azərbaycan millisinin start heyəti müəyyənləşib

Finlandiya ilə qarşılaşacaq Azərbaycan millisinin start heyəti müəyyənləşib
# 28 mart 2007 14:27 (UTC +04:00)
Azərbaycan milli komandasının Finlandiya yığması ilə oyun üçün start heyəti bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, yığma komandamızın baş məşqçisi Şahin Diniyev Polşa ilə görüşlə müqayisədə əsas heyətdə beş dəyişiklik edib. Finlandiyalılara qarşı 3-5-2 taktiki sxemi ilə çıxacaq Ş.Diniyev bu dəfə qapıda Fərhad Vəliyevə şans verib. Müdafiədə Samir Abbasov, Ramin Quliyev və Ernani Pereyraya oynayacaq. Sol cinahdan sağa keçirilən E.Pereyranın mövqeyində R.Quliyev çıxış edəcək. Müdafiənin sağ cinahında çıxış etmiş Aslan Kərimov Aleksandr Çertoqanovla birgə dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcəklər. Yarımmüdafiənin cinahlarını dəyişdirən Ş.Diniyev Emin İmaməliyevlə İlqar Qurbanovu ehtiyatda saxlayıb və sol cinahda Murad Ağakişiyevi, sağda isə Andre Ladaqanı oynadacaq. Polşaya üzrlü səbəbdən yollanmayan Ceyhun Sultanov pleymeyker mövqeyində çıxış edəcək. Yığmamızın start heyətində meydana iki hücumçu - Branimir Subaşiç və Leandro Qomeş çıxacaq. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR