AİBA-ya yeni prezident seçilib

AİBA-ya yeni prezident seçilib
# 12 dekabr 2020 21:54 (UTC +04:00)

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) yeni prezidenti məlum olub.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən növbədənkənar Konqresdə rusiyalı Umar Kremlyov yeni prezident seçilib.

Koronavirus pandemiyası səbəbindən onlayn təşkil edilən tədbirdə Kremlyov respondentlərin 57,33 faiz səsini toplayıb. Yeni prezident 2017-ci ildən çalışdığı Rusiya Boks Federasiyasının baş katibi vəzifəsindən istefa verib. 38 yaşlı Kremlyov eyni zamanda Avropa Boks Konfederasiyasının birinci vitse-prezidentidir.

Qeyd edək ki, AİBA prezidentliyinə ümumilikdə 7 namizəd təsdiqlənmişdi ki, onlardan biri Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR