Azərbaycan boksçuları: “Rinqdəki qələbələr əsgərimizə həsr olunacaq” - VİDEO

Azərbaycan boksçuları: “Rinqdəki qələbələr əsgərimizə həsr olunacaq” - VİDEO
# 28 oktyabr 2020 10:46 (UTC +04:00)

Azərbaycan millisinin boksçuları Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna növbəti dəfə dəstək nümayiş etdiriblər.

Apasport.az saytının məlumatına görə, Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığmamızın üzvləri hər bir vətəndaşımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və düşmənə tezliklə qalib gələcəyimizi vurğulayıblar.

Boksçularımız Dağlıq Qarabağda baş verən hadisələrdə Azərbaycana dəstək olan türkiyəli qardaşlarımıza minnətdarlıq ediblər. Bildirilib ki, rinqdə qazanılacaq hər bir qələbə Azərbaycan əsgərinə həsr olunacaq.

Daha sonra millimiz qardaş ölkənin yığması ilə birgə “Qarabağ Azərbaycandır” şüarını səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR