Azərbaycan cüdoçularının “Böyük dəbilqə”də ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının “Böyük dəbilqə”də ilk rəqibləri bəlli olub
# 04 may 2021 22:17 (UTC +04:00)

Rusiyanın Kazan şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, sabah start götürəcək yarışda iştirak edəcək Azərbaycan cüdoçularının da rəqibləri bəlli olub.

Mayın 7-dək davam edəcək yarışda 10 idmançımız tatamı üzərinə çıxacaq. Onlardan yeddisi kişi, üçü qadın cüdoçudur.

Kişilər

60 kq, 1/16 final
Davud Məmmədsoy - Albert Oğuzov (Rusiya)

66 kq, 1/32 final
Elçin Hüseynov - Karmine Maria Di Loreto (İtaliya)

73 kq, 1/32 final
Nurlan Osmanov - Georgios Azoidis (Yunanıstan)
1/16 final
Rəşad Məmmədəliyev - Antoni Zinqq (Almaniya)-Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi

81 kq, 1/32 final
Hidayət Heydərov - Asad Masabirov (Qırğızıstan)
1/16 final
Murad Fətiyev - Terens Kuamba (Qabon)

+100 kq, 1/16 final
Camal Feyziyev - Marius Fizel (Slovakiya)

Qadınlar

48 kq, 1/16 final
Leyla Əliyeva - Melani Vieu (Fransa)
Aişə Qurbanlı - Katarina Mens (Almaniya)

52 kq, 1/16 final
Gültac Məmmədəliyeva - Lus Olveyra (Meksika)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR