Azərbaycan cüdoçusu Avropa birinciliyində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Avropa birinciliyində bürünc medal qazanıb
# 10 noyabr 2020 23:06 (UTC +04:00)

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.

Apasport.az saytının məlumatına görə, mötəbər çempionatın son günü də Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb.

Ağır çəkili cüdoçuların yarışında mübarizə aparan Camal Feyziyev Polşa, Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Macarıstanlı Riçard Sipoşa uduzan Camal 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Lorenzo Aqronu məğlub edib. Beləliklə, Camal Feyziyev qitə birinciliyinin bürünc medalını qazanıb.

Nüfuzlu yarışın ilk günü isə Gültac Məmmədəliyeva (52 kq) gümüş, Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı birincilikdə Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR