Azərbaycan güləşçiləri Türkiyə millisi ilə birgə hazırlıq keçəcək

Azərbaycan güləşçiləri Türkiyə millisi ilə birgə hazırlıq keçəcək
# 05 yanvar 2021 16:00 (UTC +04:00)

Güləş üzrə Azərbaycan milli komandaları qarşıdakı mühüm yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start verib.

Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, sərbəst güləş üzrə yığma baş məşqçi Namiq Abdullayev və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda təlim-məşq toplanışına başlayıb.

Yanvarın 4-dən etibarən komandamız gündə iki dəfə olmaqla məşq keçir. Hazırlıq prosesi yanvarın 14-dək davam edəcək.

Digər millilərimiz isə təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb. Qadınlardan ibarət yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yanvarın 4-dən 20-dək qonşu ölkədə yerli komandayla birgə hazırlıq keçəcək.

Yunan-Roma güləşi üzrə millimiz də Türkiyə yığmasıyla birgə hazırlıqda iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin nəzarəti altında sabah start götürəcək birgə toplanış yanvarın 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR