Azərbaycan karateçiləri "Bosfor kuboku"nda 21 medal qazanıb

Azərbaycan karateçiləri "Bosfor kuboku"nda 21 medal qazanıb
# 06 yanvar 2020 13:18 (UTC +04:00)

İstanbulda karate üzrə keçirilən beynəlxalq "Bosfor kuboku" başa çatıb. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda 21 medal qazanıb. 

Mükafatlardan 5-i qızıl, 5-i gümüş və 11-i bürünc olub. Bu nəticə yığmamızı komanda hesabında Türkiyədən sonra ikinci edib. 

Qeyd edək ki, beynəlxalq turnirdə 25 ölkədən 1316 idmançı mübarizə aparıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR