Azərbaycan millisinin daha bir boksçusu dünya birinciliyində qələbə qazanıb

Azərbaycan millisinin daha bir boksçusu dünya birinciliyində qələbə qazanıb
# 19 aprel 2021 00:11 (UTC +04:00)

Polşanın Keltse şəhərində təşkil olunan gənc boksçular arasında dünya birinciliyində altıncı günə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin axırıncı günündə Azərbaycan millisinin daha bir üzvü rinqdən qalib ayrılıb.

İlk döyüşündə Domeniko Vingiquerranı (İtaliya) məğlub edən Murad Allahverdiyev (81 kq) ikinci duelində Kaan Aykutsundan (Türkiyə) da üstün olub. Təmsilçimiz bu dəfə də rəqibi üzərində 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbəyə sevinib.

O, aprelin 19-da baş tutacaq 1/4 finalda ukraynalı Denis Salabayla qarşılaşacaq.

Allahverdiyevdən fərqli, Cəlal Qurbanov (60 kq) 1/8 finalda mübarizəni dayandırıb. Yaponiyalı Reyto Tsutsumi ilə döyüşən boksçumuz məğlubiyyətə üzülüb.

Qeyd edək ki, yığmamızın heyətində daha öncə Nicat Hüseynov (49 kq), Əli Zamanov (52 kq) və Əzrək Bəbirov (56 kq) 1/4 finalda iştirak hüququ qazanıb. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR