Azərbaycan yığmasının sabiq baş məşqçisi vəfat edib

Azərbaycan yığmasının sabiq baş məşqçisi vəfat edib
# 08 dekabr 2020 15:11 (UTC +04:00)

Azərbaycan idmanına ağır itki üz verib

Gənclər və İdman Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, Azərbaycan millisinin sabiq baş məşqçisi Məmməd Eyvazov 69 yaşında dünyasını dəyişib.

Məmməd Eyvazov 17 noyabr 1951-ci ildə dünyaya gəlib. O idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycanın əməkdar idman xadimi, Prezident təqaüdçüsü və “Tərəqqi” medalları ilə təltif olunub. Uzun illər (2001-2008-ci illər) Azərbaycanın boks üzrə milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında yığmamız dünya və Avropa çempionatlarından vətənə bir çox medallarla qayıdıb. Məmməd Eyvazovun rəhbərliyi ilə komanda Afina-2004 Yay Olimpiya Oyunlarından vətənə 2 bürünc medal gətirib.

Eyvazov bir neçə il Türkiyədə çalışıb və onun rəhbərliyi altında tələbəsi Malik Bəyləroğlu 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Türkiyə adına gümüş medal qazanıb.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR