Azərbaycanlı dünya çempionu erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəlib

Azərbaycanlı dünya çempionu erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəlib
# 13 dekabr 2020 14:39 (UTC +04:00)

Güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb.

Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Qeyd edək ki, Eldəniz 1/8 finalda Sebastyan Kolompara (Serbiya) 9:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda Emin Seferşayevə (Rusiya) uduzub - 1:9. Rəqib finala çıxdığından təmsilçimiz medal uğrunda mübarizəni davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR