Boks üzrə Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib

Boks üzrə Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib
# 04 yanvar 2020 21:21 (UTC +04:00)

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı 9 gün davam edəcək və yanvarın 12-də başa çatacaq. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.

Toplanış yanvarda Tailandda baş tutacaq beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə keçiriləcək Əhməd Comərdin xatirəsinə həsr olunmuş turnirə hazırlıq xarakteri daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR