Cüdo üzrə dünya reytinqi açıqlanıb

Cüdo üzrə dünya reytinqi açıqlanıb
# 23 noyabr 2020 14:48 (UTC +04:00)

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının ardından cüdoçuların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda bir sıra dəyişikliklər baş verib.

Bu, Azərbaycan idmançılarından da yan ötməyib. Dörd cüdoçumuz öz çəkisində “Top-10”da, dördü isə ikinci “onluq”da yer alıb.

Praqada bürünc medal qazanan Rüstəm Orucov (73 kq) xal hesabını 6575-ə çatdırıb. 1 pillə irəliləyən təmsilçimiz reytinq cədvəlinin zirvəsinə yüksəlib.

Avropa çempionatında gümüşə yiyələnən İrina Kindzerska (+78 kq) da bir addım irəliləyib. O, 5464 xalla dünya 4-cüsüdür.

Avropa üçüncüsü Məmmədəli Mehdiyev (90 kq) 5-ci pillədə qalıb – 4309 xal. Praqada uğursuz çıxış edən Elmar Qasımovun (100 kq) da mövqeyi dəyişməyib. O, 3994 xalla 10-cudur.

Digər cüdoçularımız “onluq”dan kənarda qalıb. Hidayət Heydərov (73 kq) 3346 xalla 11-ci, bir pillə geriləyən Zelim Kotsoyev (100 kq) 3267 xalla 13-cüdür. Avropa çempionu Orxan Səfərov (66 kq) 6 pilləlik sıçrayışa nail olub. O, 2276 xalla 16-cı sırada yer alıb. Mövqeyini iki pillə pisləşdirən Uşanqi Kokauri (+100 kq) 2518 xalla 19-cudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR