Olimpiya çempionunun meyiti tapılıb

Olimpiya çempionunun meyiti tapılıb
# 25 iyul 2020 13:36 (UTC +04:00)

Sərbəst güləş üzrə olimpiya çempionu Aleksandr İvanitskinin meyiti tapılıb.

Apasport.az saytının məlumatına görə, bir neçə gün öncə itkin düşən 82 yaşlı veteranın meyiti Moskva ətrafındakı meşələrdən birində aşkarlanıb.

Göbələk yığmağa gedən İvanitskinin qayıtmamasını oğlu xəbər verib. Sonradan zənbili çay kənarında aşkarlanan sabiq güləşçinin batdığı ehtimal edilirdi.

Qeyd edək ki, 1964-cü ildə olimpiya çempionu adını qazanan İvanitski sərbəst güləşlə yanaşı, sambo ilə də məşğul olub. Dəfələrlə dünya, Avropa və SSRİ çempionatlarının müxtəlif əyarlı medallarını qazanan İvanitski sonradan uzun illər jurnalist kimi fəaliyyət göstərib. O, SSRİ Dövlət Teleradiosunun idman proqramları redaksiyasının rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR