Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb

Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb
# 28 oktyabr 2021 16:43 (UTC +04:00)

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb.

+92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Yonas Yazeviçiuslə (Litva) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq. Abdullayevin rəqibi serbiyalı Vladan Babiç olacaq.

Qeyd edək ki, dünya çempionatının beşinci günündə iki boksçumuz rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) Stefen Nevnslə (Şotlandiya) gücünü yoxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR