Azərbaycan cüdoçuları Olimpiadaya Hennefdə hazırlaşır - FOTOLENT

Azərbaycan cüdoçuları Olimpiadaya Hennefdə hazırlaşır - FOTOLENT
# 21 may 2021 12:44 (UTC +04:00)

Almaniyanın Hennef şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplantısı keçirilir.

Apasport.az saytının məlumatına görə, toplantıda Azərbaycan millisinin də üzvləri iştirak edirlər.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan məşqlərə Avropanın ən güclü cüdoçuları ilə Fransa, Almaniya, İtaliya, Belçika, Avstriya, Çexiya, Serbiya və digər ölkələrin yığmaları da qatılıb.

Hennef toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər.

Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Olimpiya Oyunlarına hazırlaşırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR