Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu olub - VİDEO

Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu olub - VİDEO
# 20 noyabr 2021 17:30 (UTC +04:00)

BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında həlledici döyüşlər davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan karate yığması ilk qızıl medalını qazanıb.

Bu uğura İrina Zaretska imza atıb. Milliləşən ukraynalı 68 kq çəki dərəcəsində çempion olub.

O, yığmamız üçün yeganə finalda Silviya Semeraro ilə qarşılaşıb. İtaliyalı rəqibi üzərində qələbə qazanan İrina karyerasında ikinci dəfə dünya çempionu adına yiyələnib.

Qeyd edək ki, bu, millinin Dubayda ikinci medaldır. Asiman Qurbanlı +84 kq çəki dərəcəsində bürünc mükafat əldə edib. Medal şansını qoruyan kişilərdən ibarət komandamız isə 3-cü yer uğrunda görüşdə Özbəkistanla üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR