Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
# 18 oktyabr 2021 13:24 (UTC +04:00)

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü yarışa qələbə ilə başlayıb.

Təmsilçilərimizdən Tural Sarıyev (48 kq) Denis Belinkini (Ukrayna) sınağa çəkib. Boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, növbəti döyüşündə rusiyalı Nikita Poluxinlə qarşılaşacaq. Görüş oktyabrın 20-də olacaq.

Nicat Hüseynovun da debütü uğurlu alınıb. 51 kq çəki dərəcəsində rinqə çıxan boksçumuz Kamiolo Alessionu (İtaliya) məğlub edib – 5:0 (29:27, 29:27, 29:26, 29:27, 29:27). O, oktyabrın 20-də baş tutacaq 1/4 final çərçivəsində şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gələcək.

Onlardan fərqli, Tacı Tağızadə (57 kq) Qaroğlan Xancanova (Rusiya), Nicat Qurbanov (71 kq) Daniil Tsitkoya (Belarus) uduzub.

Qeyd edək ki, çempionatın 4-cü günündə millimizin daha 3 idmançısı yarışa qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR