Bakıdakı “Böyük Dəbilqə”yə qatılacaq cüdoçular 3 dəfə test verəcəklər

Bakıdakı “Böyük Dəbilqə”yə qatılacaq cüdoçular 3 dəfə test verəcəklər
# 28 oktyabr 2021 12:15 (UTC +04:00)

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turniri üçün paytaxtımıza gələcək komandalar səfərə çıxmazdan əvvəl ölkələrində iki dəfə koronavirus testi verəcəklər.

Bu barədə apasport.az saytına Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.

Onun sözlərinə görə, hər iki testin cavabı neqativ çıxan cüdoçular Azərbaycana gələ biləcəklər: “İki neqativ cavaba baxmayaraq, bura gələndən sonra da məskunlaşacaqları oteldə bir dəfə PCR testi verəcəklər. Yarım gün ərzində də onun cavabı bilinəcək. Həmin vaxta qədər isə komandalar öz otaqlarında qalmalı olacaqlar. Kimin testi neqativ olsa, ona yaşıl broslet veriləcək və o, otel üzrə hərəkətini davam etdirə biləcək, yeməkxanaya, məşq zalına, tərəziyə və digər yerlərə getməsində problem olmayacaq”.

Babanlı onu da əlavə edib ki, təhlükəsizliyin təmini üçün komanda üzvləri şəhərə gəzməyə gedə bilməyəcəklər: “Bütün komandalara oteldən çıxış qadağan olacaq”.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı noyabrın 5-7-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR