Dünya çempionatına yollanacaq Azərbaycan cüdoçuları bəlli olub

Hidayət Heydərov

© APA | Hidayət Heydərov

# 02 iyun 2021 14:44 (UTC +04:00)

Dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmamız iyunun 6-13-də Macarıstanda keçiriləcək mundiala 12 idmançı ilə qatılacaq.

Məşqçilər korpusu yarışda 9 kişi və 3 qadın idmançıya şans verəcək. Millinin heyətində ilkin siyahı ilə müqayisədə bəzi dəyişikliklər də olub. Uşanqi Kokauri (+100 kq) çempionata yollanmayacaq. O, daha öncə heyətdən çıxarılan Məmmədəli Mehdiyevin (90 kq) ardınca kənarda qalan ikinci milli üzvüdür.

Əvəzində Zelim Tskayev (81 kq) mundialda qüvvəsini sınayacaq. Həmçinin bir müddət 81 kq çəkidə çıxış edən Hidayət Heydərov əvvəllər mübarizə apardığı 73 kq-a qayıdıb.

Çempionatda Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Zelim Tskayev, Murad Fətiyev, (hər ikisi 81 kq), Elmar Qasımov (100 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyevanı (52 kq) mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarışda 131 ölkədən 703 (412 kişi, 291 qadın) cüdoçunun iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR