FHN əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

Vüqar Babayev

© APA | Vüqar Babayev

# 25 oktyabr 2021 16:01 (UTC +04:00)

Portuqaliyanın paytaxtı Lissabon şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, 43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib.

Mötəbər yarışın sonuncu günündə Vüqar Babayev (M-2, 66 kq) dünya çempionatının bürünc medalını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR