Murad Məmmədov finala yüksələ bilməməsinin səbəbini açıqlayıb

Murad Məmmədov

© APA | Murad Məmmədov

# 11 oktyabr 2021 20:46 (UTC +04:00)

“Yarış çox yüksək səviyyədə keçdi. Dünya çempionatında zəif rəqib olmur”.

Apasport.az saytının məlumatına görə, bunu Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal qazanan yunan-Roma güləşçimiz Murad Məmmədov (60 kq) deyib.

İkinci dəfə qatıldığı dünya çempionatında mükafata yiyələnən idmançı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında yaxşı təlim-məşq toplanışları keçdiklərini bildirib: “Yarışda 5 görüş keçirdim. İlk 3 qarşılaşmada rahat qalib gəldim. Yarımfinalda Asiya çempionu və dünya ikincisi olmuş Qırğızıstan güləşçisiylə üz-üzə gəldim. Görüş ağır keçdi. Bir az səbirli və təmkinli olsaydım, qalib gələ bilərdim. Bir qədər tələskənlik finalı əlimdən aldı. Belarus güləşçisinə qalib gəlib dünya çempionatını 3-cü pillədə başa vurdum. Şükürlər olsun ki, medalsız qalmadım. Bürüncü və ya gümüşü daha sonra qızılla əvəz etmək olar. Əsas odur ki, DÇ-də ilk medalımı qazandım. İnanıram ki, gələn il öz sözümü layiqincə deyəcəyəm”.

Qeyd edək ki, Avropa ikincisi Murad Məmmədov ilk dəfə 2018-ci ildə böyüklərin dünya çempionatında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR