Nağı Səfərov yenidən Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçilib

Nağı Səfərov

© APA | Nağı Səfərov

# 14 sentyabr 2021 10:55 (UTC +04:00)

Avropa Taekvondo Birliyinin (ATB) növbəti Baş Assemblyası keçirilib.

Apasport.az saytının məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutan toplantıda ATB-nin prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. O, yenidən ATB-nin İdarə Heyətinə üzv seçilib. 14 üzvü olan İdarə Heyəti növbəti 4 il müddətində qurumun inkişaf strategiyasını müəyyən edəcəklər.

Baş Assemblyanın yekununa əsasən Sakis Praqalos Avropa Taekvondo Birliyinin prezidenti kimi fəaliyyətini 2025-ci ilədək davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR